Yol polisi Xeyrəddin Qocaya cavab verdi - Müvafiq sənədləşmə aparılıb

Yol polisi 4 Avqust 2018 16:00 Oxunub 2924
Yol polisi Xeyrəddin Qocaya cavab verdi - Müvafiq sənədləşmə aparılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə hallar olanda DYP-yə müraciət edin

DİN Baş Dövlət Yol Polisi İdarəsi yazıçı Xeyrəddin Qocanın ittihamlarına cavab verib. X.Qqoca bildirib ki, onun qızına səhv protokol göndərilib. Qızı minik maşını idarə etsə də, DYP ona "Kamaz"a aid elektron protokol göndərib.

BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Avtsfer.az-a bildirib ki, BDYPİ-nin Mərkəzi İnformasiya Sisteminin məlumatına əsasən, 27.06.2018-cı il tarixdə «Yol hərəkəti haqqında» Qanunun 50-ci maddəsində nəzərdə tutulmuş xətaya yol verilməsi xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib və qanunvericiklə müəyyən edilmiş qaydada MMX 7308883 nömrəli  elektron protokol tərtib olunub. Elektron protokola baxış keçirilərkən texniki səbəbdən qayda pozuntusuna yol vermiş avtomobilin dövlət qeydiyyat nişanının son rəqəminin 6 əvəzinə 5 kimi qeydə alınması müəyyən edilib. Bununla bağlı BDYPİ-nin Mərkəzi İnformasiya Sistemindəki uyğunsuzluq aradan qaldırılaraq qayda pozuntusu törətmiş "Mercedes" markalı yük avtomobilinin sürücüsü barəsində müvafiq sənədləşmə aparılıb.

Bundan əlavə Rüfət Quliyev yol hərəkəti iştirakçıların nəzərinə çatdırıb ki, analoju uyğunsuzluqla rastlaştdıqları hallarda, Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytına və ya “902 Qaynar Xətt” mərkəzinə müraciət etsinlər.

 

Elmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh