Avtomobili qaçıraraq parçalayıb satan şəxs saxlanıldı

Qaydalar 5 Avqust 2018 00:29 Oxunub 2050
Avtomobili qaçıraraq parçalayıb satan şəxs saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat vasitəsini hissələrə bölərək satıb, kuzov hissəsini isə yandırıb

Sabirabadda əvvəllər məhkum olunmuş şəxs avtomobil qaçırıb. Sabirabad RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Zabit Məhərrəmovu saxlayıblar. Müəyyən edilib ki, o iyulun 22-də şəhər ərazisindən Saatlı rayon sakini R.Qubadova məxsus "VAZ 2106" markalı avtomobili qaçırıb və sonra həmin nəqliyyat vasitəsini hissələrə bölərək satıb, kuzov hissəsini isə yandırıb. 

RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh