Bakıda oğlan və qız dənizdə batıb

Avtoxəbər 5 Avqust 2018 01:01 Oxunub 1705
Bakıda oğlan və qız dənizdə batıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəsədlər tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib

Bakı şəhərinin Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində 2 nəfər batıb. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub. Bildirilir ki, 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun (təvəllüdü dəqiqləşdirilir) cəsədləri hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Onların batdığı əraziyə ən yaxın xilasetmə məntəqəsi 800 metr aralıda olub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh