Goranboyda yol qəzası; ana və iki övladı xəsarət alıb

Qəzalar 5 Avqust 2018 01:02 Oxunub 847
Goranboyda yol qəzası; ana və iki övladı xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ-21015" və "Mercedes" markalı minik avtomobilləri toqquşub

Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-21015" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər -  Goranboy rayonun Veyisli qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Əminə Şəmsəddin qızı Həsənova və onun övladları, 2000-ci il təvəllüdıü Günel Məhəmməd qızı Məmmədova və 2010-cu il təvəllüdlü Aysu Məhəmməd qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh