Azərbaycan Qran-prisi ən yaxşı yarışı səsverməsində birinci olub

Yarışma 5 Avqust 2018 10:01 Oxunub 2318
Azərbaycan Qran-prisi ən yaxşı yarışı səsverməsində birinci olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mübarizədə 62 faiz səs toplayıb

"Formula-1"in Bakı şəhərində keçirilən Qran-pri mərhələsi mövsümün birinci yarısında ən baxımlı yarış adı uğrunda mübarizədə 62 faiz səs toplayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, çempionatın rəsmi "Twitter" səhifəsində mərhələli şəkildə yarımfinal və final səsvermələri keçirilib. Almaniyanın Hokkenhaym şəhərində keçirilən yarış yarımfinalda Silverstoundakına (Britaniya) məğlub olub. Daniel Rikardonun Çində qazandığı qələbə isə Azərbaycanda baş tutan möhtəşəm mərhələyə uduzub. Final mübarizəsində Bakıdakı yarış 62%–38% hesabı ilə Silverstoundakına qalib gəlib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh