İki maşın toqquşdu: 5 yaralı – Ağstafada

Qəzalar 6 Avqust 2018 07:00 Oxunub 540
İki maşın toqquşdu: 5 yaralı – Ağstafada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağstafa rayonunda baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunlar - Poylu kənd sakini, 1989-cu il təvəllüdlü Dəmirov Qiyas Qabil oğlu, Kirovka kənd sakini, 1997-ci il təvəllüdlü Əliyev Hüseyn Eldar oğlu və Ağstafa şəhər sakini, Əliyev Məhəmməd Etibar oğludur. Hər üç yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Daha iki nəfərə isə ambulator yardım göstərilib.

***21:58

 

Ağstafa rayonunda 5 nəfərin xəsarətlə nəticələnən yol qəzası baş verib. Poylu kəndi yolu ilə hərəkətdə olan "VAZ-21099" markalı avtomobilin digər maşınla toqquşması nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya aparılan şəxslərin vəziyyətinin qənaətbəxş və normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh