Traktor aşdı: sürücü ağır yaralanıb - Bakı-Qazax yolunda

Qəzalar 6 Avqust 2018 08:11 Oxunub 464
Traktor aşdı: sürücü ağır yaralanıb - Bakı-Qazax yolunda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ucar rayonunda traktorun aşması nəticəsində sürücü ağır xəsarət alıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə magistral yolun rayonun "Dördyol" adlanan hissəsində qeydə alınıb. Rayonun 1968-ci il təvəllüdlü Qarabörk kənd sakini Məmmədov Rafi Əlisürət oğlu sükanı arxasında olduğu traktorun yedəyində su çəni apararkən idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarına aşırıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Yaralı dərhal Ucar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı ağır kəllə-beyin traması ilə Reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh