Maşın dərəyə düşdü: sürücü ağır xəsarət alıb - Qaxda

Qəzalar 6 Avqust 2018 08:21 Oxunub 1267
Maşın dərəyə düşdü: sürücü ağır xəsarət alıb - Qaxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qax rayonunda avtomobilin dərəyə aşması nəticəsində sürücü ağır xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə gecə saatlarında Qax-Sarıbaş yolunun "Qoray" adlanan ərazisində baş verib. Rayonun Sarıbaş kənd sakini, 1965-ci il təvəllüdlü Axundov İbrahim Məhəmməd oğlu "UAZ" markalı avtomobillə Qaxdan Sarıbaş kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını dərinliyi təqribən 150 metr olan dərəyə aşırıb. Avtomobilin dərəyə asmasını yaxınlıqda olan sakinlər görüb və xəsarət alan İ.Axundovu dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Sürücüyə ilkin tibbi yardım göstərilib və o, cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır. Sarıbaş kəndi Azərbaycanın ən ucqar üç kəndindən biri olmaqla yanaşı, Qaxın da ən ucqar kəndidir. Kənd şəhər mərkəzindən 20, İlisu kəndindən isə 7 kilometr uzaqlıqda yerləşir. Kəndə gedən yollar keçilməz olduğundan, gediş-gəliş, əsasən "UAZ" və "Niva" markalı avtomobillərlə mümkündür olur. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh