"Hyundai" qəza törətdi: ağır xəsarət alanlar var - VİDEO

Qəzalar 6 Avqust 2018 09:03 Oxunub 673
"Hyundai" qəza törətdi: ağır xəsarət alanlar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki yaralı açıq kəllə-beyin travması alıb

Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "90-NU-205" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil Alı Mustafayev küçəsində yüksək sürətlə hərəkətdə olan zaman "01-BP-836" dövlət nişanlı "Mercedes" markalı maşına çırpılıb. Zərbənin gücündən hər iki avtomobil beton arakəsməyə dəyib. Nəticədə "Hyundai"da olan iki nəfər ağır xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, hər iki yaralı açıq kəllə-beyin travması alıb. Hazırda onların vəziyyəti ağır kimi qiymətləndirilir. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh