Ötən iki gündə yol qəzalarında – 4 ölü, 25 yaralı

Qəzalar 6 Avqust 2018 10:06 Oxunub 679
Ötən iki gündə yol qəzalarında – 4 ölü, 25 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Ötən iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, avqustun 4-dən 6-dək ölkədə 220 cinayət faktı qeydə alınıb, onların da 48-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 25 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh