Səsdən sürətli uçan aparatı uğurla sınaqdan çıxarıldı

Texnologiya 6 Avqust 2018 10:33 Oxunub 1600
Səsdən sürətli uçan aparatı uğurla sınaqdan çıxarıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aparat bir neçə manevr edib və uğurla təyinat nöqtəsinə enib

Çində səsdən sürətli uçan aparatın sınaqları uğurla başa çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir. "Xingkong-2" adı almış aparat ölkənin şimal-qərbindəki poliqonlarıdan birindən raketlə planlaşdırılmış yüksəkliyə daşınıb, 10 dəqiqə sonra daşıyıcıdan ayrılaraq bir neçə manevr edib və uğurla təyinat nöqtəsinə enib. Qeyd edək ki, "Xingkong-2" Çin Aerokosmik Aerodinamika Akademiyası tərəfindən hazırlanıb. Hərbi ekspertlərin fikrincə, aparat nüvə döyüş başlığı daşıya bilir və yüksək uçuş sürəti və manevr bcarığı sayəsində müasir raket əleyhinə müdafiə vasitələrinin heç biri tərəfindən vurula bilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh