Sərnişin təyyarəni qəza çıxışından tərk etmək istəyib

Maraqlı 6 Avqust 2018 21:00 Oxunub 1349
Sərnişin təyyarəni qəza çıxışından tərk etmək istəyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə gecə saat 2-də baş verib

Çində "Hainan Airlines" aviaşirkətinin sərnişini təyyarənin təcili eniş etməsindən sonra uçmağını gözləməkdən yorulub və qəza çıxışından onu tərk etməyə çalışıb.

 

 

Avtosfer.Az report.az-a istinadən bildirir ki, hadisə barədə yerli "Weibo" sosial şəbəkəsində məlumat yayılıb.

 

"HU7056" saylı reysi yerinə yetirən təyyarə hava şəraiti ilə əlaqədar olaraq Sıçıuan əyalətinin Çendu şəhərinə eniş etmək məcburiyyətində qalıb. Hadisə gecə saat 2-də baş verib. Dörd saatdan sonra hava gəmisi hələ də Çendu aeroportunun uçuş-eniş zolağında qalıb, sərnişinlər isə nə qədər gözləyəcəklərini bilməyiblər.

 

Sonda onlardan qəza çıxışına yaxın əyləşən biri gözləməkdən yorulub və təyyarəni tərk etməyə çalışıb. Lakin heyət üzvləri onun bu hərəkətinin qarşısını alıblar. Təhlükəsizlik qaydalarını bilərəkdən pozan sərnişin 10 sutkalıq həbs olunub.

 

Yeri gəlmişkən, təyyarə Çendudan hələ də, uçmayıb, aviaşirkət isə bütün xərcləri öz üzərinə götürərək insanları mehmanxanalara yerləşdirib və onların mənzil başına sürətli qatarla getmələri üçün bilet alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh