Aeroportda külli miqdarda xarici valyutanın aparılması cəhdinin qarşısı alınıb

Avtoxəbər 6 Avqust 2018 11:22 Oxunub 1195
Aeroportda külli miqdarda xarici valyutanın aparılması cəhdinin qarşısı alınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. DGK Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə Respublikası vətəndaşının çamadanı rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və sorğu-sual olunub. O, üzərində və çamadanında gömrük orqanına bəyan edilməli hər hansı əşyanın olmadığını bildirib. Lakin yoxlama nəticəsində, sərnişinin pulqabında 1700 ABŞ dolları, çamadandakı şəxsi əşyaların arasında olan yaş salfet paketinin içərisində isə 17700 ABŞ dolları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh