“Yandex” Türkiyənin ən populyar tətil marşrutlarının adını açıqladı – Siyahı

Maraqlı 6 Avqust 2018 22:00 Oxunub 1345
“Yandex” Türkiyənin ən populyar tətil marşrutlarının adını açıqladı – Siyahı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstanbullular arasında ən populyar marşrut isə Şiledir

“Yandex Naviqasiya” yay mövsümundə Türkiyənin ən populyar tətil marşrutlarının adını açıqlayıb. Xidmətin apardığı analizə görə, ən populyar 10 tətil bölgəsindən 7-si Ege və Akdeniz bölgələrindədir. İstanbula yaxın ərazidə yerləşən,ən populyar 10 tətil bölgəsi siyahısında Şile və Karasudan başqa, Marmara dənizinin sahili olan Şarköy də istifadəçilərin ən çox üstünlük verdiyi bölgələr arasında olub.

 

 

Avtosfer.Az facemark.az-a istinadən xəbər verir ki, 2017-ci ildə Ramazan və Qurban bayramı tətili dövrlərində istifadəçilərin səyahət informasiyalarını diqqətə alan “Yandex Naviqasiya”nın analizinə görə, Türkiyənin ən çox ziyarət edilən 10 tətil bölgəsindən 4-ü məhz Egedə yerləşib.

 

Marmaris, Bodrum, Ayvalık və Çeşme bölgələri də səyahət edənlərin seçimləri arasında ön pillələrdə qərarlaşıb. Akdeniz bölgəsində isə turizm cənnəti Antalyaya bağlı olan Manavgat, Muratpaşa, Alanya bölgələri ən çox gedilən marşrutlar arasındadır.

 

İstanbullular arasında ən populyar marşrut isə Şiledir. Buna səbəb isə qeyd olunan ərazinin İstanbula çox yaxın məsafədə yerləşməsidir. Analizə görə, İstanbulluların yaz aylarında tətil üçün ikini seçimi isə Bodrumdur. Ankaralılar, əsasən Antalya başda olmaqla cənub sahilindəki tətil yerlərinə səyahət edirlər. Antalyalılar isə yaşadıqları bölgədən çox uzaqlaşmadan Manavgat və Alanyaya getməyə üstünlük verirlər. Bursa şəhərində yaşayanlar isə Egenin fərqli bölgələrinə səyahət edir, İzmirlilər isə etdiyi hər 5 səyahətdən 1-i Çeşmədir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh