Yol polisi radara düşdü - Protokol başqasına yazıldı

Xəbərlər 6 Avqust 2018 15:56 Oxunub 4201
Yol polisi radara düşdü - Protokol başqasına yazıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Əgər söhbət sürət həddinin pozulmasından gedirsə, idarədə video görüntü olmalıdır”

Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazıldı. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 189-cu kilometrliyində baş verib. Belə ki, sürət həddi 60 km/saat olan yolda 110 km/saatla hərəkət edən YPX avtomobilinin əvəzinə radara yolun sağ tərəfində baqajı açıq şəkildə dayanan 90-BO-370 dövlət qeydiyyat nişanlı “Mercedes 190” markalı avtomobil düşüb və cərimə bu avtomobilə tərtib olunub. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı Trend-ə bildirib ki, belə texniki səhvlər çox nadir hallarda baş verir: “Ümumiyyətlə protokollar avtomatik tərtib olunur. Daha sonra cərimələr çap olunaraq ünvana göndərilir. Ancaq həmin sistemə nəzarət edən şəxslər daha diqqətli olarsa, o məlumatı yoxlayarlarsa, belə səhvlər olmaz". Ekspertin sözlərinə görə, bu cür halla qarşılaşan şəxs protokolun surəti əlavə olunmuş ərizə ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir: "Əgər söhbət sürət həddinin pozulmasından gedirsə, idarədə video görüntü olmalıdır. Həmin videoya baxdıqda fakt aydın şəkildə görünəcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh