Azərbaycanda görünməmiş hadisə: Bəy toyda gəlini qaçırdı

Maraqlı 7 Avqust 2018 21:04 Oxunub 2134
Azərbaycanda görünməmiş hadisə: Bəy toyda gəlini qaçırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Qız razılaşıb və çölə çıxanda oğlan onu qaçırıb"

Tovuz rayonunda qeyri-adi toy mərasimi baş tutub.

 

Avtosfer.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə jurnalist Sevinc İltifatqızı öz "Facebook" səhifəsində məlumat paylaşıb.

 

Onun sözlərinə görə, oğlan şərt qoyub ki, nə qız, nə də oğlan toyunda spirtli içki olsun. Qız toy günü yemək masasında spirtli ikçi görən bəy gəlini aldatmağa qərar verib.

 

"Bəy gəlinə deyib ki, "gedək fotosessiya etdirək". Qız razılaşıb və çölə çıxanda oğlan onu qaçırıb" - deyə jurnalist yazıb.

 

Gəlinin ailəsi qızın geri qaytarılmasını və cehizlərin geri göndərilməsini tələb edib. Araya ağsaqallar girdikdən sonra məsələ həll edilib. Amma qız evi oğlan evi ilə münasibətə son qoyduqlarını və oğlan toyuna gəlməyəcəklərini bildiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh