Xanəndələrin ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxıb - Həbs olunan var - VİDEO

Maraqlı 7 Avqust 2018 21:40 Oxunub 2673
Xanəndələrin ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxıb - Həbs olunan var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki dost gecə taxtın üzərində yatıblar

Bərdədə dostunu öldürdükdən sonra özünü kanala atan xanəndə Novruz Hüseynovun qardaşı həbs olunub.

 

Avtosfer.Az xeberler.az-a istinadən bildirir ki, o, cinayəti gizlətməkdə təqsirləndirilir.

 

Məlumata görə, Ağcabədinin Qiyamadinli kəndi ərazisində fermada yaşayan Hüseynovlar ailəsi hava isti olduğuna görə qonaq Miryusif Mirizadəyə yatmaq üçün həyətdə yataq açıblar. Hər iki dost gecə taxtın üzərində yatıblar. Səhərə yaxın Novruz Hüseynov yatılı vəziyyətdə olan dostu Miryusif Mirizadəyə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirib.

 

Çöldə səs-küyün gəldiyini eşidən Novruzun qardaşı Elçin həyətə çıxdıqda hər tərəfin qan içində olduğunu və Miryusifin öldüyünü görüb. Bundan bir neçə dəqiqə sonra anası çölə çıxsa da bildirilib ki, Miryusifin ürəyi pis olub, şəhərə dərman almağa gedirlər. Bundan sonra meyiti qardaşı ilə birlikdə avtomobilə qoyan Elçin qardaşını hadisə yerindən uzaqlaşdırsa da, özü orada qalaraq ərazidə təmizlik işləri apararaq qan izlərini yuyub. Bununla da hadisəni gizlətməyə çalışıb. Novruz isə Miryusifi avtomobillə apardıqdan sonra qəza xəbəri gəlib. Bir müddət sonra isə Novruz Hüseynov özünü Qarabağ su kanalına atıb. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədinin Qiyaməddinli kəndi ərazisində tapılıb.

 

Elçin Hüseynov cinayəti gizlətməkdə şübhəli bilinir və onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Şahidlərin dindirilməsi zamanı məlum olub ki, həm Miryusif, həm də Novruz narkotik maddə qəbul edirmişlər. Onlar hadisə baş verən gün Ağcabədi şəhərində dostları ilə birlikdə pivə içiblər. Hər iki dost daha sonra narkotik tərkibli dərman qəbul ediblər.

 

İlkin araşdırmalara görə, Novruz Hüseynovun dostluq münasibətində olduğu Miryusifi öldürməsinə səbəb qısqanclıq olub. Sənətdə ondan irəlidə olması və məclislərə daha çox dəvət olunması Novruzda qısqanclıq yaradıb.

 

Faktla bağlı Bərdə rayon Prokurorluğunda istintaq davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh