Avtomobil piyadanı vuraraq öldürdü: sürücü qaçıb - Qazaxda

Qəzalar 8 Avqust 2018 10:18 Oxunub 450
Avtomobil piyadanı vuraraq öldürdü: sürücü qaçıb - Qazaxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qazax rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində baş verib. Belə ki, həmin kəndin sakini, 1967-ci il təvəllüdlü Azad Mədət oğlu Abbasov naməlum avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Hadisəni törədən sürücü qaçıb.  İlkin ehtimala görə hadisə OKA markalı avtomobil tərəfindən törədilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh