İki avtomobil toqquşdu: bir nəfər ölüb - Abşeronda

Qəzalar 8 Avqust 2018 11:37 Oxunub 494
İki avtomobil toqquşdu: bir nəfər ölüb - Abşeronda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Abşeronda iki avtomobil toqquşub, bir nəfər ölüb, iki nəfər yaralanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.  Bildirilib ki, avqustun 7-də Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakinləri Beydulla Yunusovun idarə etdiyi “VAZ-21150” və Emin Həsənovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə B.Yunusov və sərnişini Ceyranbatan qəsəbə sakini Zərifə Məhərrəmova xəstəxanaya yerləşdirilib, Z.Məhərrəmova orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh