Yol qəzasında 11 nəfər xəsarət alıb - Azərbaycanda

Qəzalar 8 Avqust 2018 20:28 Oxunub 756
Yol qəzasında 11 nəfər xəsarət alıb - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə rayonun Şivələngə ilə Abaşabad kəndləri arasında yerləşən döngədə qeydə alınıb

Cəlilabad rayonunda 11 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

 

Avtosfer.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Şivələngə ilə Abaşabad kəndləri arasında yerləşən döngədə qeydə alınıb.

 

Belə ki, Cəlilabad rayon sakini, 1974-cü il təvəllüdlü Əkbər Mətləb oğlu Kərimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə əks istiqamətə hərəkət edən, 1953-ci il təvəllüdlü İbişov İbrahim İsaəli oğlunun idarə etdiyi 15 BN 515 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub.

 

Hadisə nəticəsində hər iki sürücü və 9 nəfər sərnişin yaralınıb. Bunlar 1983-cü il təvəllüdlü Nəcəfov Vüsal Möhübbət oğlu, 1970-ci il təvəllüdlü Qasımova Şərqiyə Əvəz qızı, 1969-cu il təvəllüdlü İbişova Məryəm İsaəli qızı, 1978-ci il təvəllüdlü Kərimova Adilə Tapdıq qızı, 1947-ci il təvəllüdlü Kərimova Nərminə Ağahüseyn qızı, Kərimov Səttərxan Mətləb oğlu, 1952-ci il təvəllüdlü Ağayeva Arifə Xudakərim qızı və 1950-ci il təvəllüdlü Əzizov Balaxanım Fərman qızıdır. Yaralananlardan birinin vəziyyəti yüngül olduğundan ona ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh