Turistlər təkərli evlə Azərbaycana gəlir

Maraqlı 8 Avqust 2018 22:45 Oxunub 1312
Turistlər təkərli evlə Azərbaycana gəlir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar ilk növbədə Azərbaycana, daha sonra Gürcüstan və Türkiyəyə səfər edəcəklər

Rusiyadan olan ailə təkərli ev üzərində səyahətə çıxıblar. Onlar ilk növbədə Azərbaycana, daha sonra Gürcüstan və Türkiyəyə səfər edəcəklər.

 

Avtosfer.Az oxu.az-a istinadən xəbər verir ki, Həştərxan sakinləri Kseniya və Andrey Şuşko monoton həyatdan imtina edib və şəxsi avtomobilləri ilə səfərə çıxmaq qərarına gəliblər.

 

Onlar səfərə azyaşlı oğullarını da götürüblər. Ötən il və bu il Şuşko ailəsi Asiyaya səfər edib, sonra Həştərxana geri qayıdıblar. Həştərxanlılar səfərlərdən yorulmayıb, geri qayıdaraq, təkərli ev düzəldiblər.

 

Şuşko köhnə UAZ-452 avtomobili alıb və onun içərinə stol, çarpayı və digər lazımi avadanlıqlar yerləşdirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh