Bakıda avtobus parkı yenilənir - Prezident 48 milyon ayırdı

Yeniliklər 9 Avqust 2018 02:02 Oxunub 2428
Bakıda avtobus parkı yenilənir - Prezident 48 milyon ayırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
300 ədəd sərnişin avtobusunun alınması üçün BNA-ya pul ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında sərəncam imzalayıb. Avtosfer.az-ın məlumatına görə, sərəncama əsasən 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 47 924 000 (qırx yeddi milyon doqquz yüz iyirmi dörd min) manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayrılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh