Bakıda avtomobil divara çırpıldı: ölənlər var - VİDEO

Qəzalar 9 Avqust 2018 11:56 Oxunub 910
Bakıda avtomobil divara çırpıldı: ölənlər var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, 26 yaşlı Muradov Kamran Sabir oğlu Balaxanı qəsəbəsi ərazisində idarə etdiyi "Tofaş" markalı avtomobillə divara çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Avtomobildə olan sərnişin 30 yaşlı Ziya Dövlətov və sürücü K.Muradov ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyalarını dəyişiblər. Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Faktla bağlı cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh