Yük avtomobili aşdı: sürücü xəsarət alıb - Şəkidə

Qəzalar 9 Avqust 2018 12:07 Oxunub 643
Yük avtomobili aşdı: sürücü xəsarət alıb - Şəkidə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəki rayonunda yük avtomobilini aşıran sürücü xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında Şəki-Kiş avtomobil yolunda baş verib. Kiş kənd sakini, 1967-ci il təvəllüdlü İlqar Qənirə oğlu Abdulhəmidov idarə etdiyi ZİL markalı yük avtomobilini Kiş körpüsü yaxınlığında aşırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Abdulhəmidov Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-sabitdir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh