Piyadanı vuraraq öldürən Belarus vətəndaşı saxlanılıb - Şabranda

Qəzalar 9 Avqust 2018 15:27 Oxunub 575
Piyadanı vuraraq öldürən Belarus vətəndaşı saxlanılıb - Şabranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb

Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, avqustun-8-də rayon ərazisində yolun kənarında yerli sakinlər tərəfindən naməlum kişi meyiti aşkar edilib. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran Rayon Şöbəsinə yerləşdirilib. Məlum olub ki, rayonun Qorqan kənd sakini, 1989-cu il təvəllüdlü Rauf Eyvaz oğlu Hacıyevi avtomobil vurub və o, hadisə yerində ölüb. Polisin axtarışları nəticəsində vuran şəxsin Belarus Respublikası vətəndaşı Mixail Nikolayeviç Kuzmin olduğu aşkarlanıb və o, saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh