Yol polisi Şabranda reyd keçirdi - FOTO

Avtoreyd 10 Avqust 2018 11:06 Oxunub 2296
Yol polisi Şabranda reyd keçirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reydlər avqust ayının sonuna qədər davam etdiriləcək

“Təmiz hava” aylığı çərçivəsində Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reydlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şabran RPŞ-nin Dövlət Yol Polisi Bölməsi və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə Şabran rayon ərazisində avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə reyd keçirilib. Reyd zamanı xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb. Sürücülərə tələblər və qaydalar izah olunub. Reyd zamanı bəzi minik avtomobillərində atmosferə buraxılan zərərli qazların miqdarının normadan bir neçə dəfə artıq olması müşahidə olunub. Yol Polisi Bölməsinin inspektorları tərəfindən atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb. Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sənədsiz avtomobil idarə edən və əks zolaqla hərəkət edən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib. “Təmiz hava” aylığı çərçivəsində keçirilən reydlər avqust ayının sonuna qədər davam etdiriləcək.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh