"Red Bull"un rəhbəri Alonsonu istəmir: Xaos yaratmağa meyillidir...

Maraqlı 10 Avqust 2018 23:00 Oxunub 1282
"Red Bull"un rəhbəri Alonsonu istəmir: Xaos yaratmağa meyillidir...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, möhtəşəm, fantastik sürücüdü

"Red Bull"un rəhbəri Kristian Horner komandadan ayrılan Daniel Rikkiardonun yerini Fernando Alonso ilə doldurmağın faydasız olduğunu hesab edir.

 

Avtosfer.Az Milli.Az-a istinadən xəbər verir ki, Rikkiardo 2014-cü ildən çıxış etdiyi komandadan ayrılaraq, "Reno"ya keçir. Avstraliyalı pilotun yerinə Alonsonun adının hallanması ilə bağlı "Red Bull"un rəhbəri Horner açıqlama verib. O, bu seçimin komandaya mənfi təsir edəcəyini bildirib:

 

"Fernandoya hörmətim var. O, möhtəşəm, fantastik sürücüdü. Ancaq onu "Red Bull"da görmək çox çətindir. Fernando hara gedirsə, orda xaos yaratmağa meyilli biridir. Alonsonun qatılmasının komanda üçün yaxşı olacağına əmin deyiləm".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh