Dələduzluq edən universitet müəlliminin apellyasiya şikayəti təmin edilməyib

Gündəm 11 Avqust 2018 11:54 Oxunub 751
Dələduzluq edən universitet müəlliminin apellyasiya şikayəti təmin edilməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, V.Osmanlı və zərəəkmişlərin apellyasiya şikayətləri təmin edilməyib. Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların, ümumilikdə, 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. Cinayət işi üzrə 10 nəfər zərəəkmiş var. Zərəəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır. İstintaq və məhkəmə istintaqı dövründə V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, daha sonra məhkəmə iclaslarından yayındığı üçün həbs edilib. Məhkəmədə V.Osmanlı özünü qismən təqsirli bildiyini deyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmişlər və V.Osmanlı apellyasiya şikayətləri verib. Onlara dəymiş ziyanın ödənilməsini, məhkum qadın isə barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Xatırladaq ki, V.Osmanlı əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində tyuitor vəzifəsində çalışıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh