"Bakmil" stansiyasına hərəkət bərpa edilib - 2 günlük

Gündəm 11 Avqust 2018 11:57 Oxunub 669
"Bakmil" stansiyasına hərəkət bərpa edilib - 2 günlük
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müvəqqəti olaraq, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb

Avqustun 11-12-də təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına və əksinə, qatarların hərəkətinə qoyulmuş məhdudiyyət tətbiq edilməyəcək. Avtosfer.az xəbər verir ki, Bunu “Report”a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. B.Məmmədovun sözlərinə görə, sərnişinlər qeyd edilən tarixlərdə "Bakmil" stansiyasına və əksinə istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq hərəkət edə bilərlər. Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı, müvəqqəti olaraq, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb. Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən - avqust ayının 13-dən tətbiq ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh