İlin sonuncu Günəş tutulması başladı

Gündəm 11 Avqust 2018 12:14 Oxunub 630
İlin sonuncu Günəş tutulması başladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Proses saat 15.30-da başa çatacaq

Artıq cari ilin sonuncu Günəş tutulması başlayıb. Avtosfer.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, Bakı vaxtı ilə saat 12.02-də başlayan təbiət hadisəsi (qismən tutulma), saat 13.46-da maksimum səviyyədə olacaq. Bildirilir ki, proses saat 15.30-da başa çatacaq. Qeyd olunur ki, ilin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək. Qeyd edək ki, bu ilin ilk Günəş tutulması fevralın 15-də baş verib.İlin ikinci Günəş tutulması isə iyulun 13-də qeydə alınıb. Bakı vaxtı ilə saat 05:48-də başlayan İkinci Günəş tutulması hadisəsi saat 08:13-də başa çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh