Güclü külək bir neçə ağacı yola aşırıb - FOTO

Gündəm 11 Avqust 2018 12:17 Oxunub 837
Güclü külək bir neçə ağacı yola aşırıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Salyan rayon yaşıllaşdırma idarəsinin işçiləri ağacları budayaraq ərazidən uzaqlaşdırıb

Salyan rayonunda güclü külək bir neçə ağacı aşırıb.  Avtosfer.az “Report”a istinadən xəbər verir ki, ötən gün axşamdan başlayan güclü külək hələ də davam edir. Bu gün güclü küləyin təsiri nəticəsində şəhərin Heydər Əliyev küçəsində 80 il bundan öncə qrunt sularının qarşısını almaqdan ötrü əkilmiş, el arasında “Keçi buynuzu” adlanan ağac sınaraq yola düşüb. Külək həmin küçədə daha bir Eldar şamını da kökündən qopararaq aşırıb. Salyan rayon yaşıllaşdırma idarəsinin işçiləri ağacları budayaraq ərazidən uzaqlaşdırıb.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh