Bakı-Balakən sərnişin qatarı yolda qalıb

Gündəm 11 Avqust 2018 13:06 Oxunub 2018
Bakı-Balakən sərnişin qatarı yolda qalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda dəmir yolunda təmir işləri aparılır və qatarın öz hərəkətini bərpa etməsi üçün tədbirlər görülür

Bakıdan Balakənə hərəkət edən sərnişin qatarı yolda qalıb.  Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, buna səbəb avqustun 10-da axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsindəki dəmir yolu xəttinin sel suları nəticəsində yararsız hala düşməsidir. Ona görə də dünən axşam Bakıdan çıxan və bu gün səhər saatlarında Balakən stansiyasına çatmalı olan qatar Qax rayonu ərazisindəki Kötüklü stansiyasında dayanıb. Qatardakı sərnişinlər isə avtobuslarla Qax, Zaqatala və Balakən rayonlarına göndərilib. Hazırda dəmir yolunda təmir işləri aparılır və qatarın öz hərəkətini bərpa etməsi üçün tədbirlər görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh