Zaqatalada 28 nəfər helikopterlə

Gündəm 12 Avqust 2018 10:14 Oxunub 723
 Zaqatalada 28 nəfər helikopterlə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Leysan yağışlara görə

Zaqatalada leysan xarakterli yağışlar nəticəsində 28 nəfər nəfər təxliyə olunub.

Avtosfer.Az Trend-ə istinadən bildirir ki, avqustun 10-da axşam saatlarından başlayaraq avqustun 11-də səhər saatlarınadək Respublikanın bəzi şimal-qərb rayonlarında fasilələrlə yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala və Balakən rayonlarında bəzi ərazilərin subasmaya məruz qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Zaqatala rayonunun Vöhtala kəndi ərazisində köməksiz vəziyyətdə qalmış 28 nəfər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin köməkliyi ilə Aviasiya dəstəsinin "Mi-17" helikopterində təhlükəsiz əraziyə köçürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh