Daşqınlar səbəbindən turistlər helikopterlərlə təxliyə edilib

Gündəm 12 Avqust 2018 12:28 Oxunub 751
Daşqınlar səbəbindən turistlər helikopterlərlə təxliyə edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daşqınlar nəticəsində 70 yaşlı almaniyalı turist itkin düşüb

Fransanın cənubunda daşqınlar səbəbindən 1,6 min insan təxliyə edilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, kempinqlərdə olan 750-yə yaxın turist helikopterlər vasitəsi ilə daha təhlükəsiz yerlərə təxliyə edilib. Daşqınlar nəticəsində 70 yaşlı almaniyalı turist itkin düşüb. Fransanın daxili işlər nazirliyi öz "Twitter" səhifəsində bildirib ki, daşqınlar ölkənin 6 rayonunda baş verib. Ən güclü daşqınlar Qar, Ardeş və Drom departamentlərində qeydə alınıb. Hadisə yerlərində xilasedici xidmətlər işləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh