Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında ödəniş kartları tətbiq ediləcək

Yeniliklər 13 Avqust 2018 09:36 Oxunub 1365
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında ödəniş kartları tətbiq ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektron plastik ödəniş kartları biznes-klass vaqonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarından istifadə edən sərnişinlərin məmnunluğunun təmin edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədi ilə bu gündən etibarən həmin qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları tətbiq ediləcək. "Azərbaycan Dəmir Yolları" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcək. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaq. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub. Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Biləcəri, Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək olar. Elektron plastik ödəniş kartları biznes-klass vaqonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir. Biznes-klass vaqonu ilə səfər edəcək sərnişinlər bilet kassalarından və ya köşklərdən gediş sənədini (bileti) əldə etməlidirlər. Qeyd edək ki, gediş kartından istifadə qaydaları ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin www.ady.az saytında tanış olmaq olar.

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh