Hamının öldüyü təyyarə qəzasında 12 yaşlı uşaq sağ qaldı - FOTO

Gündəm 13 Avqust 2018 16:44 Oxunub 1400
Hamının öldüyü təyyarə qəzasında 12 yaşlı uşaq sağ qaldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda qəzanın səbəbləri araşdırılır

İndoneziyada təyyarə qəzasından yeganə sağ çıxan azyaşlı uşaq olub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, İsveçrənin “Pilatus Aircraft” aviaşirkətinin kiçik təyyarəsi ilə əlaqə avqustun 11-də İndoneziyanın Papua əyalətinin Oksibila hava limanına enişdən əvvəl itib. Hava gəmisinin parçalarını bazar günü Papua-Yeni Qvineyada dağın ətəyindən tapıblar. Qeyd olunur ki, təyyarənin göyərtəsində heyət üzvləri də daxil olmaqla, doqquz nəfər olub. Qəza nəticəsində 12 yaşlı oğlandan başqa hamı ölüb. Uşaq tapılarkən huşsuz vəziyyətdə olub. Bildirilir ki, yaxınlıqdakı kəndlərin sakinləri əvvəlcə güclü uğultu, sonra isə partlayış səsi eşidiblər. Hazırda qəzanın səbəbləri araşdırılır.

https://assets.oxu.az/uploads/W1siZiIsIjIwMTgvMDgvMTMvMDkvMzEvMTQvOTIxNWY4MmItYzJhNS00MTQ2LTk5NmMtOThiMzExNTk4OWJlL2FjMDcxODI1NmUwOGE5YmFjOWRlOTQ5YWQxMDE3MzNhLTY5MC00NjAtWS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ?sha=48c17b8c225442ae

ŞƏRH YAZ
Ad

E-mail

Şərh