Bu yollarda təmir və rənglənmə işləri aparılır

Gündəm 13 Avqust 2018 10:50 Oxunub 687
Bu yollarda təmir və rənglənmə işləri aparılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-12 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bundan başqa, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-160-cı kilometrliyində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında qədər yekunlaşdırılacaq. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh