Leysan yağışlar nəticəsində 774 nəfər ölüb

Gündəm 13 Avqust 2018 11:32 Oxunub 591
Leysan yağışlar nəticəsində 774 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təbii fəlakət daha çox cənubdakı Kerala ştatına ziyan vurub

Hindistanda leysan yağışlar nəticəsində yeddi ştatda azı 774 nəfər ölüb. Avtosfer.az "Report" istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, təbii fəlakət daha çox cənubdakı Kerala ştatına ziyan vurub. Bu ştatda 187 nəfər ölüb. Siyahıda sonrakı yerlərdə Uttar-Pradeş (171 ölü), Qərbi Benqal (170 ölü) və Maharaştra (139 ölü) ştatları gəlir.  Məlumata görə, leysan yağışların səbəb olduğu hadisələr nəticəsində yeddi ştatda ümumilikdə təxminən 250 nəfər xəsarət alıb, 30-dan çox adam isə itkin düşmüş hesab edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh