Evdən 1800 manat pul oğurlanıb - Bakıda

Gündəm 13 Avqust 2018 11:33 Oxunub 552
Evdən 1800 manat pul oğurlanıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğurluqda şübhəli bilinən Emin Cabbarov saxlanılıb

Bakıda evlərin birindən 1800 manat oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Avtosfer.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb. Belə ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki evlərin birindən 1800 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər cinayət məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunan Emin Cabbarov saxlanılıb. Aparılan tədbirlərlə onun həmin gün daha bir evdən qızıl əşyalar oğurlaması müəyyən edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh