Piyadalara keçid verməyən yol: İnsanlar burada əzilmirlər, ölürlər - FOTOLAR

Yazarlar 13 Avqust 2018 15:15 Oxunub 1552
Piyadalara keçid verməyən yol: İnsanlar burada əzilmirlər, ölürlər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Oradakı vəziyyət haqqında bizim də məlumatımız var”

Heydər Əliyev prospektindəki dəhşətli mənzərə hamıya bəllidir. Kilometrlərlə uzunluğu olan prospektdə cəmi üç piyada keçidi olduğundan bəzən vətəndaşlar keçidə çatmaq üçün ictimai nəqliyyatdan istifadə etməli olurlar. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Heydər Əliyev prospekti boyunca yaşayış evləri az olsa da, orada yerləşən zavod və fabriklərin, şirkət ofislərinin sayı çoxdur. Bu səbəbdən hər gün səhər və axşam pik saatlarda yüzlərlə işçi bu yolu qarşı tərəfə keçir. Hər gün yüzlərlə piyadanın həyatı təhlükə qarşısında qalır. Bu vəziyyətdən isə aidiyyatı qurumlar xəbərdardır və problemn həlli üçün həmn ərazidə yerüstü piyada keçidinin tikilməsinin zəruruiliyini bildiriblər. “Bağırov körpüsü” həndəvərindəki yeganə yolüstü piyada keçidinin yaxınlığında və ondan xeyli uzaqda çoxlu ictimai iaşə obyektləri, fabrik və zavodlar var. Misal üçün, “Azərsun Holdinq”in yağ fabriki, “Ulduz” şokolad fabriki, “Evropean Tobakko”, mebel fabrikləri də bu ərazidə yerləşir. Burada çalışanların çoxu axşam saatlarında ictimai nəqliyyata minmək üçün yolu qarşı tərəfə keçməyə məcbur olurlar. Axşam saatları olduğuna görə sürücülər yolu keçən piyadaları görmürlər. Elə bu səbəbdən də onlarla piyada bu yolun qurbanı olub. Ərazidə olduğumuz zaman yolu qarşı tərəfə keçmək istəyən piyadalar sürət həddi saatda 90 km olan avtomobillərin qarşısından qaçaraq keçdiyinin şahidi olduq. Nəqliyyat sıx hərəkət etdiyindən piyadalar bəzən dəqiqələrlə gözləməyə məcbur olurlar. Avtomobil axını azaldıqdan sonra bir neçə zolaqlı yolu qaçmalı olurlar. Piyadalar bizə bildirdilər ki, insanların ən çox keçdiyi nöqtələrdə piyada keçidinin tikilməsinə ehtiyac var. Lakin hələ ki, bu istiqamətdə hər hansı addım atılmayıb. Bunu nəzərə alaraq, həmin ərazidə DYP əməkdaşları xidmət aparır, onlar piyadaların təhlükəsizliyini təmin etmək üçün yolu nəzarətə götürüblər. Yolu keçmək istəyən piyadaların çoxluğunu nəzərə alıb zaman-zaman avtomobilləri dayandıraraq, vətəndaşların qarşı tərəfə keçməsinə şərait yaradırlar. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov həmin ərazidə piyada keçidi tikintisi ilə bağlı təklif verildiyini bilirdi: “Oradakı vəziyyət haqqında bizim də məlumatımız var. Həmin ərazidə yeraltı və yaxud yerüstü piyada keçidin inşası nəzərdə tutulub. Lakin inşa edilib, təhvil verilənədək məcburuq ki, orada xidmət göstərək. Bu səbəbdən də yol-patrul xidməti əməkdaşları növbəli şəkildə fəaliyyət göstərirlər. Biz tərəfimizdən həmin ərazidə keçid tikintisi ilə bağlı təklif vermişik. Ümumiyyətlə, Heydər Əliyev prospekti boyunca üç yerdə keçid var. Keçidin biri ayaqqabı fabriki kimi tanın yerdir, biri "Koroğlu" metrostansiyasının yanıdır, digəri isə "Şəfa" stadionun yanındadır. Bu keçidin tikilməsi çox vacibdir. Həmin ətrafda yaşayan insanların həyatı üçün təhlükədir”. Qeyd edək ki, bu ilin 9 ayı ərzində Azərbaycanda 1334 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 554 nəfər ölüb, 1260 nəfər xəsarət alıb. Bu hadisələrdən 302-si piyadaların vurulması ilə bağlıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh