Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb - FOTO

Gündəm 13 Avqust 2018 12:44 Oxunub 548
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan  Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şabran RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Xalisov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə V.Xalisovun evinə baxış zamanı oradan qurudulmuş marixuana, 18 ədəd sellofan və kağız bükümdə satış üçün hazırlanmış ümumi çəkisi 20,212 qram olan heroin, 5 ədəd şpris, 1 ədəd elektron tərəzi, 60 ədəd Tramadol və digər narkotik tərkibli həblər aşkar edilərək götürülüb. Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh