Qadını döyərək pulunu və ziynət əşyasını alan şəxs saxlanılıb - Bakıda

Gündəm 13 Avqust 2018 13:45 Oxunub 679
Qadını döyərək pulunu və ziynət əşyasını alan şəxs saxlanılıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Todradzedən 0,894 qram, G.Bolkadzedən isə 0,397 qram heroin götürülüb

Bakıda qadını döyərək pulunu və zinyət əşyasını quldurluq yolu ilə əl keçirən Gürcüstan vətəndaşları saxlanılıb. Daxili işlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də Bakı şəhər sakini K.Məmmədovanı döyüb içərisində 200 manat pul olan çantasını və qulağındakı qızıl sırğanın bir tayını qoparıb aparmaqda şübhəli bilinən Gürcüstan vətəndaşları İlia Todradze və Gela Bolkadze saxlanılıb. İ.Todradzedən 0,894 qram, G.Bolkadzedən isə 0,397 qram heroin götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh