Polislərin 70 faizi xəstələndi

Gündəm 13 Avqust 2018 15:43 Oxunub 748
Polislərin 70 faizi xəstələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsasən yay aylarında işçilərin böyük əksəriyyəti məzuniyyət götürür

Polşada polislər kütləvi surətdə xəstəlik bülletenləri götürməyə başlayıblar. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, şəhərlərin birində bütün polis heyəti, digərlərində isə əksəriyyət bülleten götürərək iş fəaliyyətini dayandırıb. Kamen-Pomorski şəhərinin bütün polis heyəti, Şetsin şəhərində polis bölmələrindən birinin bütün heyəti, digərinin isə 70 faizi xəstələnib. “Həmrəylik” müstəqil həmkarlar ittifaqının nümayəndəsi Rafal Yankovski bunun kadr çatışmamazlığı səbəbi ilə baş verdiyini bildirib. Belə ki, kadr azlığı səbəbi ilə heyət əlavə iş saatlarından tamamilə əldən düşüb. Bir sözlə həmkarlar ittifaqı bunun tətil yox sadəcə insan dözümünün bir sərhədinin olması kimi qiymətləndirilməli olduğunu hesab edir. Qeyd edək ki, əsasən yay aylarında işçilərin böyük əksəriyyəti məzuniyyət götürür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh