Mahnı üstündə adam bıçaqlayan şəxsin məhkəmə istintaqı başa çatıb

Gündəm 13 Avqust 2018 14:45 Oxunub 629
Mahnı üstündə adam bıçaqlayan şəxsin məhkəmə istintaqı başa çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası avqustun 20-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Akif Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası avqustun 20-nə təyin edilib. Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində yerləşən "Batabat" kafesində baş verib. Həmin kafedə A.Şükürov şən mahnı sifariş vermək üstündə tanımadığı Rufan Hüseynovla mübahisə edib. Nəticədə A.Şükürov onu ürəyindən bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra saxlanılan A.Şükürov barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. Xatırladaq ki, A.Şükürov "Azərsu" ASC-də sürücü vəzifəsində çalışıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh