Azərbaycanlı iş adamının avtomobili partladı: özü, övladı və arvadı yanaraq ölüb

Gündəm 13 Avqust 2018 15:03 Oxunub 1116
Azərbaycanlı iş adamının avtomobili partladı: özü, övladı və arvadı yanaraq ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sübahir Həsənov Luqanskda kənd təsərrüfatı biznesi ilə məşğul olub

Ukraynanın Luqansk vilayətinin Slavyanoserbski rayonu ərazisində azərbaycanlı iş adamı ailəsi ilə birlikdə faciəvi şəkildə ölüb. Avtosfer.az-ın "Report"a istinadən məlumata görə, əslən Azərbaycanın Xaçmaz rayonundan olan 1971-ci il təvəllüdlü Sübahir Qulu oğlu Həsənov şəxsi avtomobilində ailəsi ilə birgə yaşadığı rayon istiqamətində hərəkət edərkən qəflətən avtomobili partlayıb. Partlayış səsinə yaxınlıqdakı insanlar köməyə gəlsələr də, avtomobildəkiləri yanğından xilas etmək mümkün olmayıb. Nəticədə azərbaycanlı iş adamı, bir övladı və həyat yoldaşı yanaraq ölüb. S.Həsənov Luqanskda kənd təsərrüfatı biznesi ilə məşğul olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh