NASA Günəşə peyk göndərdi

Maraqlı 14 Avqust 2018 08:22 Oxunub 972
NASA Günəşə peyk göndərdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Parker Solar Probe”nin 7 il ərzində 24 dəfə Günəş ətrafında dövr edərək ona rekord yaxın məsafədə - 6,1 milyon kilometr yaxınlaşması planlaşdırılır

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) “Parker Solar Probe” peykini Günəşə göndərib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Florida ştatının “Kanaveral” kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır. “Parker Solar Probe”nin 7 il ərzində 24 dəfə Günəş ətrafında dövr edərək ona rekord yaxın məsafədə - 6,1 milyon kilometr yaxınlaşması planlaşdırılır. Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh