Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq

Gündəm 14 Avqust 2018 08:59 Oxunub 668
Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qurban bayramı ilə əlaqədar

 

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar avqustun 15-dən 24-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 10 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulub. Sərnişinlərdən xüsusi ricamız, bayram günləri üçün səfər biletlərini bir neçə gün öncədən Avtovağzalın kassalarından, eləcə də onlayn qaydada 10 gün öncədən əldə etmələridir. Əlavə məlumat üçün +994 12 406 01 58/59 məlumat bürosu ilə əlaqə saxlaya bilərsiniz.

Namiq

https://scontent.fgyd7-1.fna.fbcdn.net/v/t1.0-9/39145061_1937545876313136_2038663556269867008_n.png?_nc_cat=0&oh=c4d40bce04423801cade7c8c782105ba&oe=5BF8432E

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh