Diqqət! Bu yolda rənglənmə işləri aparılır

Gündəm 14 Avqust 2018 12:14 Oxunub 792
Diqqət! Bu yolda rənglənmə işləri aparılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-45-ci kilometrliyində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq. Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh