Ağır yük maşının üzərinə düşdü: möcüzə nəticəsində sağ qaldılar - VİDEO

Avtosfer TV 14 Avqust 2018 13:27 Oxunub 1455
Ağır yük maşının üzərinə düşdü: möcüzə nəticəsində sağ qaldılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kadrları arxadan gələn avtomobilin sürücüsü çəkib

Tailanda polad sütun avtomobildən bir neçə santimetr aralıda yerə düşüb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin videogörüntüləri “Daily Mail” nəşrində yayılıb. Çəkisi dörd tondan çox olan polad sütun qəflətən qaldırıcı krandan qopur və “Mercedes” markalı ağ rəngli avtomobilin qarşısında yerə düşür. Hadisədən dərhal sonra sürücü və sərnişini maşından çıxır. Kişi qadının özünü pis hiss etdiyi görünür və onu qucaqlayır. Kadrları arxadan gələn avtomobilin sürücüsü çəkib. Bildirilir ki, hadisədən sonra biləyindən xəsarət almış sərnişin xəstəxanaya yerləşdirilib. Sürücü xəsarət almasa da, hər ikisi şok vəziyyətinə düşüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh