“Avtoyuma məntəqələrində ...” - Nələr SƏHV olunur?

Avtoxəbər 14 Avqust 2018 20:40 Oxunub 2656
“Avtoyuma məntəqələrində ...” - Nələr SƏHV olunur?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Avtomobili qab şampunu ilə yumaq olmaz"

Avtoyuma məntəqələrinin maşınlara vurduğu ziyanla bağlı artıq çoxlarımızın məlumatı var.

 

Ustalar iddia edirlər ki, bəzi avtoyuma məntəqələrində avtomobilin hansı maddə ilə yuyulduğu bilinmir.

 

Avtosfer.Az-ın məlumatına görə, avtomobil üzrə texniki məsləhətçi Əli Sultanov Metbuat.az-a açıqlamasında bildirir ki, bəzi məntəqələrdə avtomobilləri yumaq üçün hətta qab şampunundan istifadə olunur:

 

“Avtomobili qab şampunu ilə yumaq olmaz. Ümumiyyətlə, ev şəritində avtomobilini yuyanlara qab şampunundan istifadə etməməyi tövsiyyə edirəm. Çünki qab şampununda olan bəzi kimyəvi maddələr avtomobildə ləkə qoyur. Xüsusilə də, qızmar günəş altında avtomobili bu şəkildə yumaq tövsiyyə olunmur. Çalışın ki, avtomobili kölgədə yuyasınız. Yuyarkən isə xüsusi satışda olan avtomobil şampunlarından istifadə edin”.

 

Texniki məsləhətçi Əli Sultanov əlavə edir ki, yüksək təzyiqli su ilə avtomibili yumaq ona çox zərər verir:

 

“Yüksək təzyiqlə gələn su avtomobilin rəngini zədələyir, həmçinin onun şüşülərinin kənarındakı rezin hissələri parçalayır. Avtomobili yuyarkən su ilə avtomobil arasında mütləq yarım metr məsafə olmalıdır. Avtoyuma məntəqələrində çox vaxt bu məsafə 10 sm-dən çox saxlanılmır. Ona görə də, avtomobillərin rezinlərinin hamısı kəsik-kəsik olur. Bu səbəblə, sürücülərə avtomobillərini yudurdarkən diqqətli olmaları tövsiyyə olunur”.

 

Mütəxəssislər isə bildirirlər ki, avtoyuma məntəqələrində suvuran aparatın təzyiqi 200-210 yox, 130-150 bar arasında tənzimlənməlidir. Belə olduqda heç bir avtomobilə ziyan dəyməz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh